​Azərbaycan paralimpiyaçıları 1 qızıl, 2 gümüş və 4 bürünc medal qazanıb

​Azərbaycan paralimpiyaçıları 1 qızıl, 2 gümüş və 4 bürünc medal qazanıb Paralimpiyanın atletika idmanı növü üzrə keçirilmiş "VII Fazza Qran Pri Dubay 2015" turniri sona çatıb
Fərdi
26 Fevral , 2015 19:13
​Azərbaycan paralimpiyaçıları 1 qızıl, 2 gümüş və 4 bürünc medal qazanıb

Bakı. 26 fevral. REPORT.AZ/ Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) Dubay şəhərində paralimpiyanın atletika idmanı növü üzrə keçirilmiş "VII Fazza Qran Pri Dubay 2015" turniri sona çatıb.

"Report"un Gənclər və İdman Nazirliyinə istinadən verdiyi məlumata görə, turnirin sonuncu günü paralimpiyaçı atletlərimiz Rəfiyev Rüfət (nüvə atma) və Səfərova Solmaz (disk atma) bürünc medala sahib olublar. Bundan öncə keçirilən yarışlarda uzunluğa tullanmada Hesen Hüseynov qızıl, disk atmada Oluxan Musayev və Samir Nəbiyev gümüş, nüvə atmada Samir Nəbiyev və disk atmada Elvin Astanov bürünc medala sahib olublar

Yekun nəticədə paralimpiyaçılarımız 1 qızıl, 2 gümüş və 4 bürünc medal qazanıblar.

Son xəbərlər

Orphus sistemi