​Azərbaycan millisinin dünya çempionatı üçün heyəti açıqlanıb

​Azərbaycan millisinin dünya çempionatı üçün heyəti açıqlanıb Çempionatda 9 boksçu qüvvəsini sınayacaq
Fərdi
17 May , 2016 17:36
​Azərbaycan millisinin dünya çempionatı üçün heyəti açıqlanıb

Bakı. 17 may. REPORT.AZ/ Mayın 19-da Qazaxıstanın paytaxtı Astanada boks üzrə qadınlar arasında 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya xarakterli dünya çempionatına start veriləcək. "Report"un məlumatına görə, 9 gün davam edəcək yarışa hazırlıqları başa vuran Azərbaycan milli komandası artıq Qazaxıstandadır.

Son hazırlıq prosesini Ukraynanın İvano-Frankovsk şəhərində keçən yığmanın heyətində 9 boksçu Əzizə Abbasova (48 kq), Anna Əlimərdanova (51 kq), Məhsəti Həmzəyeva (57 kq), Yana Alekseyevna (60 kq), Ayzanat Hacıyeva (64 kq), Məryəm Cəbrayılova (69 kq), Yelena Vstropova (75 kq), Alina Hacıyeva (81 kq), Aynur Rzayeva (+81 kq) mübarizə aparacaq. 

Olimpiadaya 51 kq, 60 kq və 75 kq çəki dərəcələri üzrə lisenziyalar veriləcək. Bunun üçün yarımfinaladək irəliləmək lazımdır. Azərbaycan boksçularından Yana Alekseyevna 60 kq çəki dərəcəsində lisenziyanı apreldə Türkiyənin Samsun şəhərində keçirilmiş Dünya Təsnifat Turnirində qazanıb. Astanada Anna Əlimərdanova (51 kq) və Yelena Vıstropova (75 kq) lisenziya uğrunda da mübarizə aparacaq.

Qeyd edək ki, Azərbaycan millisi Qazaxıstanda baş məşqçi Aleksandr Denisov və məşqçilər İvan Yuşenko ilə Lətif Bağırovun rəhbərliyi altında çıxış edəcək. 

Son xəbərlər

Orphus sistemi