Azərbaycan millisinin baş məşqçisi dünya çempionatına getməkdən imtina edib
Fərdi
- 18 sentyabr, 2019
- 09:14
Azərbaycanın sərbəst güləş üzrə milli komandası dünya çempionatının keçirildiyi Qazaxıstanın paytaxtı Nur-Sultana baş məşqçisiz gəlib.
Federasiyadan "Report"a verilən məlumata görə, Saypulla Absaidov mundial öncəsi komandanın sükanını tərk edib. Onun üçün çempionata bilet alınsa da, özü kollektivlə birgə olmaq istəməyib. Absaidovun bu addımının səbəbi məlum deyil. Federasiyanın sərbəst güləş üzrə vitse-prezidenti Firdovsi Umudov dağıstanlı mütəxəssisin addımını şərh etmək istəməyib.
O, hazırda dünya çempionatına kökləndiklərini bildirib.
Komanda Nur-Sultana köməkçi-məşqçilər Arif Abdullayev və Zəlimxan Hüseynovun rəhbərliyi altında gəlib.
Qeyd edək ki, sərbəst güləşçilər dünya çempionatında mübarizəyə sentyabrın 19-da başlayacaqlar.
Son xəbərlər
22:30
ABŞ Yaxın Şərqdə hərbçilərinin sayını artırıb
Digər ölkələr22:27
"Sərhədçi" komandası "Sumqayıt"ı məğlub edib
Komanda21:58
Abbas Əraqçi humanitar yardımlara görə Azərbaycan dilində ölkəmizə təşəkkür edib
Region21:55
Azərbaycan Yüksək Liqasında 1/4 final mərhələsinin daha iki oyunu keçirilib
Komanda21:50
ÜTT üzvləri arasındakı saziş milli qanunvericiliyə uyğun tətbiq ediləcək
İqtisadiyyat21:35
Xaricdə qanunsuz miqrasiyada iştirak edən azərbaycanlılar kimlərdir? - DTX müəyyən edib
Daxili siyasət21:33
Manila və Pekin danışıqları bərpa ediblər
Digər ölkələr21:22
Foto
Bakıda kommunal xidmətlər gücləndirilmiş iş rejimində fəaliyyət göstərir
İnfrastruktur21:14