Azərbaycan Kikboksinq Federasiyasında yeni təyinat olub

Fərdi
  • 13 aprel, 2018
  • 09:35
Azərbaycan Kikboksinq Federasiyasında yeni təyinat olub

Bakı. 13 aprel. REPORT.AZ/ Azərbaycan Kikboksinq Federasiyasında (AKF) yeni təyinat olub.

“Report” qurumun rəsmi saytına istinadən xəbər verir ki, Aydın Əhmədov AKF-nin peşəkarlar üzrə vitse-prezidenti vəzifəsini icra edəcək.

AKF-nin prezidenti, millət vəkili Adil Əliyev bildirib ki, qurumun fəaliyyətinin gücləndirilməsi istiqamətində bu cür təyinatlar gələcəkdə də olacaq: “Sıralarımız genişlənir. “Euro Fight” klubunun direktoru Aydın Əhmədov Azərbaycan Kikboksinq Federasiyasında peşəkarlar üzrə vitse-prezident vəzifəsinə təyin olunub. Bundan sonra da federasiyamızın fəaliyyətinin gücləndirilməsi istiqamətində belə təyinatlar olacaq. Əsas məqsəd cəmiyyətdə idmana olana marağı artırmaqdır”.

Qeyd edək ki, Aydın Əhmədov AKF-nin tərkibində yer alan “Euro Fight” klubunun direktoru olmaqla yanaşı, “Premium Travel” şirkətinin rəhbəridir.

44 filmi