Azərbaycan karateçiləri Premyer Liqada 2 medal qazandı

Azərbaycan karateçiləri Premyer Liqada 2 medal qazandı Azərbaycan yığması Portuqaliyanın paytaxtı Lissabonda başa çatan Karate1 Premyer Liqa turnirində 2 medal qazanıb.
Fərdi
246
2 May , 2021 22:29
Azərbaycan karateçiləri Premyer Liqada 2 medal qazandı

Azərbaycan yığması Portuqaliyanın paytaxtı Lissabonda başa çatan Karate1 Premyer Liqa turnirində 2 medal qazanıb.

"Report"un məlumatına görə, 84 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən Asiman Qurbanlı gümüş medala sahib olub. Onun Gürcüstan təmsilçisi ilə final görüşü 3:3 hesablı heç-heçə ilə yekunlaşsa da, hakimlərin qərarı ilə qələbə rəqibinə verilib.

Tərkibi Rövşən Əliyev, Tural Balcanlı və İsmayıl Quliyevdən ibarət kata komandası isə Misiri üstələyərək, bürünc medal əldə edib.

Son xəbərlər

Orphus sistemi