Yeniyetmə və gənclərdən ibarət milli komandamız, baş məşqçi Anar Allahverdiyevin rəhbərliyi ilə Xorvatiyanın Samobor şəhərində 29-cu beynəlxalq "Gran Pri" turnirində 10 medal qazanıb.
Azərbaycan Milli Karate Federasiyasının Media və İctimaiyyətlə işlər üzrə katibi Sənan Məhərrəmovun “Report”a verdiyi məlumata görə, mükafatların biri qızıl, ikisi gümüş, yeddisi isə bürüncdür.
Murad Hacızadə (+84 kq, 18-20 yaşlı gənclər arasında) çempion olub. Fərid Savadov (-57 kq, 14-15 yaşlı yeniyetmələr) və Osman Osmanlı (+76 kq, 16-17 yaşlı yeniyetmələr) ikinci yeri tutub. Sultan Hüseynov və Ramil Baxşəliyev (-55 kq, 16-17 yaşlı gənclər), Abbas Dadaşov (-68 kq, 16-17 yaşlı gənclər), Tale Yaqubov (-68 kq, 16-17 yaşlı gənclər), Həsənəli Həsənəliyev (kata, 16-17 yaşlı gənclər), eləcə də Ceyhun İsmayılov (kata, 18-20 yaşlı gənclər) və Fidan Teymurova (-50 kq, 18-20 yaşlı gənclər) bürünc medal qazanıb. Yarışda 24 ölkədən 2047 karateçi iştirak edib.
Karateçilərimiz 7-9 fevral tarixlərində Macarıstanın paytaxtı Budapeştdə Avropa çempionatına hazırlıqları davam etdirəcək.