Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanması barədə danışıb

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanması barədə danışıb Bolqarıstanda keçirilən yeniyetmə cüdoçular arasında Avropa çempionatının gümüş medalını qazanan Azərbaycan idmançısı Sübhan Axundov yarışla bağlı təəssuratlarını bölüşüb.
Fərdi
29 İyun , 2024 21:28
Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanması barədə danışıb

Bolqarıstanda keçirilən yeniyetmə cüdoçular arasında Avropa çempionatının gümüş medalını qazanan Azərbaycan idmançısı Sübhan Axundov (+90 kq) yarışla bağlı təəssüratlarını bölüşüb.

"Report"un Sofiyaya ezam olunan əməkdaşına açıqlama verən milli üzvü turnirə ciddi hazırlaşdıqlarını söyləyib.

"Məqsədim çempion olmaq idi. Təəssüf ki, alınmadı. Rəqibimə taktiki cəhətdən məğlub oldum. İnşallah, növbəti yarışlarda qızıl medal qazanmağa çalışacağam", - deyə o bildirib.

Qeyd edək ki, Azərbaycanın yeniyetmə cüdoçuları Bolqarıstanda keçirilən Avropa çempionatında fərdi mübarizəni 4 medalla başa vurublar. Oğlanlardan ibarət yığma medal sıralamasında ikinci olub.

Son xəbərlər

Orphus sistemi