​Azərbaycan idmançıları 30 saat İstanbul hava limanında qalıb

​Azərbaycan idmançıları 30 saat İstanbul hava limanında qalıb Azərbaycan gimnastları 5 qızıl, 5 gümüş və 2 bürünc medal qazanıb
Fərdi
23 Fevral , 2015 15:38
​Azərbaycan idmançıları 30 saat İstanbul hava limanında qalıb

Bakı. 23 fevral. REPORT.AZ/ Ötən həftə Estoniyanın Tartu şəhərində yekunlaşan bədii gimnastika üzrə “Miss Valentine” adlı beynəlxalq turnirdə Azərbaycan gimnastları 5 qızıl, 5 gümüş və 2 bürünc medal qazanıb. 

"Report"un Azərbaycan Gimnastika Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, 4 çıxışın nəticəsinə əsasən, həmçinin ayrı-ayrı alətlərdə - halqa, top və gürzlərlə yeniyetmə gimnastlardan Jalə Piriyeva 4 qızıl medala layiq görülüb.

Böyüklər kateqoriyasında çıxış edən gimnast Marina Durunda da gürzlərlə hərəkətlərdə qızıl medal əldə edib. Bundan əlavə, o, ümumi hesaba çoxnövçülük və halqa ilə hərəkətlərdə 2 gümüş medal, həmçinin lent və topla hərəkətlərdə 2 bürünc medal yazdırıb.

Böyüklərdən ibarət qrup hərəkətləri üzrə komanda da çoxnövçülükdə, lent ilə hərəkətlərdə və gürzlər-halqa ilə kombinasiyada 3 gümüş medal qazanıb.

Lakin gimnastların medal sevinci hava limanınadək davam edib. Bakıya dönən idmançılar hava şəraiti ilə əlaqədar olaraq 30 saat İstanbul hava limanında gözləməli olub.

Son xəbərlər

Orphus sistemi