Azərbaycanın daha bir güləşçisi Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında bürünc medal qazanıb.
"Report" xəbər verir ki, 70 kq çəki dərəcəsində mübarizə aparan Kənan Heybətov macarıstanlı İsmayıl Musukayevə qalib gəlməklə fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.
Qeyd edək ki, daha əvvəl təmsilçilərimizdən İslam Bazarqanov (57 kq) və Əli Rəhimzadə (65 kq) üçüncü yer uğrunda görüşdə qələbə qazanmaqla bürünc medalları aktivlərinə yazdırıblar.
Azərbaycanın daha bir güləşçisi Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında bürünc medal qazanıb.
"Report" xəbər verir ki, 65 kq çəki dərəcəsində yarışan Əli Rəhimzadə ukraynalı Andrey Sviridlə qalib gəlməklə fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.
Qeyd edək ki, daha əvvəl təmsilçimiz İslam Bazarqanov (57 kq) üçüncü yer uğrunda görüşdə qələbə qazanmaqla ilk medalı yığmanın aktivinə yazdırıb.
Daha bir bürünc medal uğrunda qarşılaşmaya Kənan Heybətov (70 kq) çıxacaq. O, macarıstanlı İsmayıl Musukayevlə üz-üzə gələcək.
Azərbaycan güləşçisi İslam Bazarqanov Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında bürünc medal qazanıb.
"Report" xəbər verir ki, 57 kq çəki dərəcəsində mübarizə aparan idmançı üçüncü yer uğrunda görüşdə İvaylo Tisova (Bolqarıstan) qalib gəlib.
Bu, Azərbaycan millisinin yarışdakı ilk medalı olub.
Qeyd edək ki, bu gün bürünc medal uğrunda görüşlərdə Əli Rəhimzadə (65 kq) ukraynalı Andrey Sviridlə, Kənan Heybətov (70 kq) isə macarıstanlı İsmayıl Musukayevlə üz-üzə gələcək.
