Azərbaycan güləşçisi Avropa çempionatında erməniyə qalib gəlib

Azərbaycan güləşçisi Avropa çempionatında erməniyə qalib gəlib Rəqibini 12:2 hesabı ilə üstələyən Hacıyev 1/4 finala yüksəlib
Fərdi
12 Mart , 2022 14:20
Azərbaycan güləşçisi Avropa çempionatında erməniyə qalib gəlib

Azərbaycanın sərbəst güləşçisi Cəbrayıl Hacıyev Bolqarıstanın Plovdiv şəhərində keçirilən U-23 Avropa çempionatında Ermənistan təmsilçisini məğlub edib.

"Report"un məlumatına görə, 74 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 finalda Menua Yaribekyanla üz-üzə gəlib.

Rəqibini 12:2 hesabı ilə üstələyən Hacıyev 1/4 finala yüksəlib. O, bu raundda avstriyalı Simon Marchlla görüşəcək.

Son xəbərlər

Orphus sistemi