Azərbaycan güləşçiləri dünya çempionatında beş medal qazanıblar - VİDEO

Fərdi
  • 28 noyabr, 2017
  • 08:16
Azərbaycan güləşçiləri dünya çempionatında beş medal qazanıblar - VİDEO
Awf-az.org

Bakı. 28 noyabr. REPORT.AZ/ Azərbaycan yığması Polşanın Bıdqoş şəhərində 23 yaşadək güləşçilər arasında keçirilən dünya çempionatını 5 bürünc medalla başa vurub.

“Report” xəbər verir ki, ilk iki yarış günündə yunan-Roma güləşçiləri mübarizə aparıb. Yığma üzvlərindən Sakit Cəlilov (59 kq) və İslam Abbasov (85 kq) bürünc medal əldə edib. Nəsir Həsənov (75 kq) isə 5-ci yerdə qərarlaşıb.

Qadın güləşçilərin mübarizəsini də yığma üzvləri 2 bürünc medalla tamamlayıb. Türkan Nəsirova (58 kq) və Tatyana Omelçenko (60 kq) fəxri kürsünün üçüncü pilləsinə yüksəlib. Alyona Kolesnik (58 kq) isə 5-ci yeri tutub.

Son yarış günlərində mübarizəyə qoşulan sərbəst güləşçilərin qazancı da 1 bürünc medal olub. 57 kq çəkidə yarışan Pərviz İbrahimov çempionatı üçüncü sırada tamamlayıb.

Görüşləri idarə edənlər arasında Azərbaycanı beynəlxalq dərəcəli hakim Qərib Əliyev təmsil edib.

Azərbaycan güləşçiləri dünya çempionatında beş medal qazanıblar - VİDEO

44 filmi