Azərbaycan gimnastları Niderlandda 3 medal qazanıblar

Azərbaycan gimnastları Niderlandda 3 medal qazanıblar Niderlandın Alkmaar şəhərində batut gimnastikası üzrə “Dutch Trampoline Open 2022” yarışı keçirilib.
Fərdi
21 Mart , 2022 06:37
Azərbaycan gimnastları Niderlandda 3 medal qazanıblar

Niderlandın Alkmaar şəhərində batut gimnastikası üzrə “Dutch Trampoline Open 2022” yarışı keçirilib.

“Report” Azərbaycan Gimnastika Federasiyasına istinadən xəbər verir ki, 16 ölkədən batutçuların iştirak etdiyi yarışda ölkəmizi yığma komandamızın üzvləri Selcan Mahsudova, Maqsud Mahsudov və Nicat Mirzəyev təmsil ediblər. Batutçularımız uğurla çıxış edərək ölkəmizə 1 qızıl və 2 gümüş medal qazandırıblar.

Gimnast N.Mirzəyev 51,985 xalla bütün rəqiblərini üstələyərək çempion olub. Selcan (52.530 xal) və Maqsud (45.940 xal) Mahsudovlar müvafiq olaraq gümüş medal qazanıblar.

Son xəbərlər

Orphus sistemi