Azərbaycan Gimnastika Federasiyasının təşkil etdiyi qitələrarası kurs razılıqla qarşılanıb

Azərbaycan Gimnastika Federasiyasının təşkil etdiyi qitələrarası kurs razılıqla qarşılanıb Fərid Qayıbov: "Biz ilk dəfə belə bir kurs keçirdik"
Fərdi
26 Yanvar , 2017 09:40
Azərbaycan Gimnastika Federasiyasının təşkil etdiyi qitələrarası kurs razılıqla qarşılanıb

Bakı. 26 yanvar. REPORT.AZ/ "Hər Olimpiya tsiklindən sonra Beynəlxalq Gimnastika Federasiyası (FİG - R.Ə.) hakimlər üçün kurs keçirir. Burada hər tsikl üçün yeni qaydalar açıqlanır". 

Bunu "Report"a açıqlamasında Azərbaycan Gimnastika Federasiyasının (AGF) baş katibi Fərid Qayıbov bir neçə gün əvvəl Bakıda gimnastika hakimləri üçün təşkil olunmuş qitələrarası kursdan danışarkən deyib.

Federasiya rəsmisi qonaqların təşkilatçılıqdan razı qaldığını bildirib: "Kurslar iki yerə bölünür. Bunlar qitələrarası və beynəlxalq kurslar olur. Qitələrarası kurslar ən yüksək kateqoriya əldə etməyə imkan verir. Bu, 4 kateqoriyadan ibarətdir. Ancaq kursdan hamı keçməyə bilər. Beynəlxalq kurslar da olimpiya tsiklindən sonra hər qitədə müxtəlif dillərdə keçirilir. Bundan sonra həmin hakimlər FİG yarışlarında hakimlik edə bilərlər. Biz ilk dəfə qitələrarası kurs keçirdik. Qonaqların da hamısı təşkilatçılıqdan, AGF-nin işindən razı qaldı".

Son xəbərlər

Orphus sistemi