Azərbaycan gimnastı Universiadada qızıl medal qazanıb

Azərbaycan gimnastı Universiadada qızıl medal qazanıb Azərbaycanın idman gimnastı Marina Nekrasova İtaliyanın Napoli şəhərində keçirilən XXX Yay Universiadasında qızıl medal qazanıb.
Fərdi
7 İyul , 2019 14:34
Azərbaycan gimnastı Universiadada qızıl medal qazanıb

Azərbaycanın idman gimnastı Marina Nekrasova İtaliyanın Napoli şəhərində keçirilən XXX Yay Universiadasında qızıl medal qazanıb.

"Report"un məlumatına görə, 24 yaşlı idmançı qadınlar arasında dayaqla tullanma yarışında 14,000 xalla 1-ci yeri tutub. O, rusiyalı ən yaxın izləyiciləri Liliya Axaymova (13,975) və Yana Fyodorovanı (13,925) üstələməyi bacarıb.

Qeyd edək ki, bu, Azərbaycanın Universiadada ikinci medalı olub. Daha əvvəl cüdoçu Hidayət Heydərov (73 kq) gümüş medal əldə edib.

Son xəbərlər

Orphus sistemi