Azərbaycan döyüşçüsü Nəriman Abbasov karyerasında 25-ci qələbəsini qazanıb

Azərbaycan döyüşçüsü Nəriman Abbasov karyerasında 25-ci qələbəsini qazanıb Moskvada keçirilən “Fight Nights 98” yarışında Azərbaycan döyüşçüsü Nəriman Abbasov gürcü döyüşçüsü Mixail Qoqitidze üzərində qələbə qazanaraq yüngül çəkidə çempionluq titulunu qoruyub.
Fərdi
26 Sentyabr , 2020 00:55
Azərbaycan döyüşçüsü Nəriman Abbasov karyerasında 25-ci qələbəsini qazanıb
Nəriman Abbasov

Moskvada keçirilən "Fight Nights 98" yarışında Azərbaycan və "Qəbələ" İdman Klubunun MMA döyüşçüsü Nəriman Abbasov rusiyalı rəqibi Mixail Qoqitidze üzərində qələbə qazanaraq yüngül çəkidə çempionluq titulunu qoruyub.

Report xəbər verir ki, 26 yaşlı Abbasov birinci raundda üstünlük qazanıb döyüşün sonunda rəqibini nokdauna göndərməyə yaxın olub. Lakin döyüşün taleyi ikinci raundda bəlli olub. Abbasov boğma fəndindən istifadə edərək, rəqibi üzərində ikinci qələbəsini qazanıb. Bununla da o, yüngül çəki dərəcəsində çempion kəmərini qoruyub

Beləliklə, Nəriman Abbasov peşəkar karyerasında 25-ci döyüşü udub. Mixail Qoqitidze isə yeddinci dəfə məğlub olub.

Son xəbərlər

Orphus sistemi