Yuxarı
    Bağlamaq

    ​Azərbaycan cüdoçusu "World Masters" turnirində qızıl medal qazanıb

    Nicat Şıxəlizadə isə bürünc medala sahib çıxıb

    Bakı. 28 may. REPORT.AZ/ Azərbaycan cüdoçusu Orxan Səfərov Meksikanın Qvadalaxara şəhərində Olimpiya oyunlarına son lisenziya xarakterli “World Masters” turnirində qızıl medal qazanıb.

    "Report"un məlumatına görə, 60 kq-da çıxış edən O.Səfərov 1/4 final mərhələsində türkiyəli idmançı Bəkir Özlü üzərində qələbə qazanıb. 

    Yarımfinalda Fransa cüdoçusu Valide Hyarı məğlub edən Azərbaycan cüdoçusu adını finala yazdırıb. O, həlledici görüşdə daha bir Fransa təmsilçisi – Vinsent Limare ilə qarşılaşıb. Final görüşündə inamla mübarizə aparan O.Səfərov rəqibini məğlub edərək qızıl medala sahib olub.

    66 kq-da çıxış edən Nicat Şıxəlizadə isə italiyalı Fabio Basileni məğlub edib. 1/4 finalda Monqolustan təmsilçisi Tumurxuleq Davadorja məğlub olaraq təsəlliverici görüşlərə qatılan N.Şıxəlizadə bu mərhələdəki ilk qarşılaşmasında yaponiyalı Tomofumu Takayo üzərində qələbə qazanıb. Bürünc medal uğrunda görüşdə isə portuqaliyalı Sergiu Oleinikə qalib gələrək millinin aktivinə ikinci medalı yazdırıb.

    Qeyd edək ki, 51 ölkədən 235 idmançının (117 kişi, 118 qadın) mübarizə apardığı "World Masters" turnirində Azərbaycan millisi 7 cüdoçu ilə təmsil olunur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi