Azərbaycan cüdoçusu Mirxaliq İskəndərov Xorvatiyada keçirilən dünya çempionatında bürünc medal uğrunda görüşə çıxıb.
"Report"un Zaqrebə ezam olunmuş əməkdaşı xəbər verir ki, 55 kq çəki dərəcəsində yer alan idmançı Fransa təmsilçisi Adrian Mivovanla üz-üzə gəlib.
Rəqibinə qalib gələn İskəndərov bürünc medala sahib çıxıb.
Daha əvvəl 50 kq-da Nihad Məmişov qızıl, Məhəmməd Məmişov isə gümüş medal əldə edib.
Beləliklə, Azərbaycan cüdoçuları ilk günü bir dəst medalla bitiriblər.
Azərbaycanın yeniyetmə cüdoçusu Nihad Məmişov Xorvatiyada təşkil olunan dünya çempionatında qızıl medal qazanıb.
"Report"un Zaqrebə ezam olunmuş əməkdaşı xəbər verir ki, 50 kq çəki dərəcəsində çıxış edən idmançı finalda komanda yoldaşı Məhəmməd Məmişova qalib gəlib.
Bu gün, həmçinin, 55 kq-da Mirxaliq İskəndərov bürünc medal uğrunda görüşdə fransalı Adrian Mivovanla üz-üzə gələcək.
Qeyd edək ki, ilk yarış günündə digər üç cüdoçu medal qazana bilməyib.
Azərbaycanın daha bir cüdoçusu Nihad Məmişov Xorvatiyada keçirilən dünya çempionatında finala yüksəlib.
"Report"un Zaqrebə ezam olunmuş əməkdaşı xəbər verir ki, 50 kq çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda Qazaxıstan təmsilçisi Nurbol Askara qalib gəlib.
O, qızıl medal uğrunda görüşdə Azərbaycanın digər cüdoçusu Məhəmməd Məmişova rəqib olub.
55 kq-da mübarizə aparan Mirxaliq İskəndərov isə yarımfinalda Gürcüstan idmançısı Merabi Səmədaşviliyə yenilib. İskəndərov bürünc medal uğrunda qarşılaşmada fransalı Adrian Mivovanla üz-üzə gələcək.
Azərbaycanın yeniyetmə cüdoçusu Məhəmməd Məmişov Xorvatiyada keçirilən dünya çempionatında növbəti görüşünə çıxıb.
"Report"un Zaqrebə ezam olunmuş əməkdaşı xəbər verir ki, 50 kq çəki dərəcəsində yer alan idmançı yarımfinalda Gürcüstan təmsilçisi Şota Baçoşvili ilə üz-üzə gəlib.
Rəqibinə qalib gələn Məmişov finala yüksəlib.
Azərbaycanın daha iki yeniyetmə cüdoçusu Xorvatiyada keçirilən dünya çempionatında yarımfinala yüksəlib.
"Report"un məlumatına görə, 50 kq çəki dərəcəsində çıxış edən Nihad Məmişov 1/4 finalda Monqolustan təmsilçisi Tuquldur Çoijiljavı, 55 kq-dakı Mirxaliq İskəndərov isə serbiyalı Marko Yorgiçi üstələyərək növbəti mərhələyə vəsiqə qazanıb.
Daha əvvəl 50 kq-da Məhəmməd Məmişov eyni nəticəni göstərib.
Azərbaycanın yeniyetmə cüdoçusu Məhəmməd Məmişov Xorvatiyada təşkil olunan dünya çempionatında növbəti görüşünə çıxıb.
"Report"un Zaqrebə ezam olunmuş əməkdaşı xəbər verir ki, 50 kq çəki dərəcəsində yer alan idmançı 1/4 finalda braziliyalı Viktor Huqo Silva ilə üz-üzə gəlib.
Rəqibinə qalib gələn Məmişov yarımfinala adlayıb.
Azərbaycanın daha iki yeniyetmə cüdoçusu Xorvatiyada keçirilən dünya çempionatında 1/4 finala vəsiqə qazanıb.
"Report"un Zaqrebə ezam olunmuş əməkdaşı xəbər verir ki, 50 kq çəki dərəcəsində çıxış edən Nihad Məmişov macarıstanlı Bence Qaloya, 55 kq-da isə Mirxaliq İskəndərov Monqolustan təmsilçisi Munx-Orgil Suvd-Erdeneyə qalib gəlib.
Daha əvvəl 50 kq-da Məhəmməd Məmişov da eyni nəticəni göstərib.
Azərbaycanın yeniyetmə cüdoçusu Məhəmməd Məmişov Xorvatiyada keçirilən dünya çempionatında növbəti görüşünə çıxıb.
"Report"un Zaqrebə ezam olunmuş əməkdaşı xəbər verir ki, 50 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/8 finalda Ermənistan təmsilçisi Arşak Bekçyana qalib gələrək 1/4 finala adlayıb.
O, daha əvvəl Bosniya və Herseqovinadan olan Stefan Vinciçi məğlub etmişdi.
Azərbaycanın yeniyetmə cüdoçusu Ayxan Mirzəzadə Xorvatiyada keçirilən dünya çempionatında növbəti görüşünə çıxıb.
"Report"un Zaqrebə ezam olunmuş əməkdaşı xəbər verir ki, 55 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/16 finalda Qazaxıstan təmsilçisi Oralbek Bayzakla üz-üzə gəlib.
Rəqibinə uduzan Mirzəzadə çıxışını başa vurub.
Daha əvvəl qızlardan Nigar Məmişova (40 kq) və Məryəm Bayramzadə (44 kq) uğursuzluqla üzləşib.
Azərbaycanın yeniyetmə cüdoçusu Məhəmməd Məmişov Xorvatiyada keçirilən dünya çempionatına qələbə ilə başlayıb.
"Report" xəbər verir ki, 50 kq çəki dərəcəsində yer alan idmançı 1/16 finalda Bosniya və Herseqovinadan olan Stefan Vinciçi məğlub edib.
Beləliklə, bu gün mübarizəyə qoşulan oğlan cüdoçuların hamısı ilk görüşlərində qalib gəliblər.
Azərbaycanın yeniyetmə cüdoçusu Nihad Məmişov Xorvatiyada keçirilən dünya çempionatında ilk qələbəsini qazanıb.
"Report"un Zaqrebə ezam olunmuş əməkdaşının məlumatına görə, 50 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/16 finalda Fransa təmsilçisi Amza Çattiyə qalib gəlib.
Məmişov növbəti mərhələdə macar Bence Qalo ilə üz-üzə gələcək.
Azərbaycanın daha bir qız cüdoçusu Nigar Məmişova Xorvatiyada keçirilən yeniyetmələrin dünya çempionatında mübarizəni dayandırıb.
"Report"un Zaqrebə ezam olunmuş əməkdaşı xəbər verir ki, 40 kq çəki dərəcəsində yer alan idmançı 1/8 finalda Türkmənistan təmsilçisi Dilara Kandimovaya yenilib.
Daha əvvəl Məryəm Bayramzadə (44 kq) çıxışını başa vurub.
Azərbaycan cüdoçusu Mirxaliq İskəndərov Xorvatiyada keçirilən dünya çempionatında ilk görüşünə çıxıb.
"Report"un Zaqrebə ezam olunmuş əməkdaşı xəbər verir ki, 55 kq çəki dərəcəsində yer alan idmançı 1/16 finalda fransalı Tiaqo Talonla üz-üzə gəlib.
"Qızıl" xal bölümündə qalib gələn İskəndərov növbəti mərhələyə vəsiqə qazanıb.
Azərbaycanın yeniyetmə cüdoçusu Ayxan Mirzəzadə Xorvatiyada keçirilən dünya çempionatında mübarizəyə başlayıb.
"Report"un Zaqrebə ezam olunmuş əməkdaşı xəbər verir ki, 55 kq çəki dərəcəsində çıxış edən idmançı 1/32 finalda tacikistanlı Loiq Kudbodinovla üz-üzə gəlib.
Rəqibinə ipponla qalib gələn Mirzəzadə növbəti mərhələyə yüksəlib. O, qazaxıstanlı Oralbek Bayzakla görüşəcək.
Azərbaycanın yeniyetmə cüdoçusu Məryəm Bayramzadə Xorvatiyada keçirilən dünya çempionatında mübarizəyə başlayıb.
"Report"un Zaqrebə ezam olunmuş əməkdaşı xəbər verir ki, 44 kq çəki dərəcəsində çıxış edən idmançı 1/16 finalda Moldova təmsilçisi Qabriela Herta ilə üz-üzə gəlib.
Bayramzadə "qızıl" xal bölümündə rəqibinə məğlub olub.
Qeyd edək ki, bu gün, həmçinin, oğlanlardan Məhəmməd Məmişovla Nihad Məmişov (hər ikisi 50 kq), Ayxan Mirzəzadə, Mirxaliq İskəndərov (hər ikisi 55 kq) və Nigar Məmişova (40 kq) tatamiyə çıxacaq. Turnir avqustun 27-də başa çatacaq.