Azərbaycan cüdoçusu "Böyük Dəbilqə" turnirində yarımfinala yüksəlib
Fərdi
- 11 may, 2024
- 09:55
Qazaxıstanın paytaxtı Astanada keçirilən cüdo üzrə "Böyük Dəbilqə" turnirində Azərbaycan təmsilçisi yarımfinala yüksəlib.
"Report" xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan Vüsal Qələndərzadə Hindistan, Gürcüstan, Qazaxıstan və İsraildən olan rəqiblərinə qalib gəlməklə, həlledici mərhələnin bir addımlığına yaxınlaşıb.
O, yarımfinalda Manuel Lombardo (İtaliya) ilə qarşılaşacaq.
Qeyd edək ki, digər təmsilçilərimizdən Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli və Məhərrəm İmamverdiyev (hər ikisi 81 kq) məşqçilərin etimadını doğrultmayıblar.
Yarışın ilk günündə cüdoçularımızdan Kamran Süleymanov (66 kq) bürünc medal qazanıb.
Son xəbərlər
21:03
"Taliban" ABŞ ilə münasibətləri normallaşdırmaq istədiyini bəyan edib
Digər ölkələr20:57
Agentlik: Media subyektləri qanunvericiliyin tələblərinə ciddi şəkildə riayət etməlidir
Media20:42
"Böyük Dəbilqə": Ömər Rəcəbli bürünc medal qazanıb
Fərdi20:15
Zimbabvedə yol qəzasında ölənlərin sayı 27-yə çatıb - YENİLƏNİB
Digər ölkələr20:01
Al Tani Fidanla Yaxın Şərqdə gərginliyin azaldılmasını müzakirə edib
Digər ölkələr19:53
Premyer Liqa: "Qəbələ" - "Şamaxı" oyununda qalib müəyyənləşməyib
Futbol19:48
Belçika dondurulmuş Rusiya aktivlərinin istifadəsini yenidən bloklayacaq
Digər ölkələr19:19
2028-ci ildə cüdo üzrə dünya çempionatı İsveçrədə keçiriləcək
Fərdi19:00