Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
Fərdi
- 03 noyabr, 2018
- 19:55
Bakı. 3 noyabr. REPORT.AZ/ Macarıstanın Qyor şəhərində 23 yaşadək cüdoçular arasında keçirilən Avropa çempionatında Azərbaycan milli komandası daha bir medal qazanıb.
"Report" xəbər verir ki, 73 kq çəki dərəcəsində yer alan Rüfət Məmmədov gümüş medala sahib olub.
O, həlledici görüşədək bosniya və herseqovinalı Saşa Byelitsanı 58 saniyəyə, ermənistanlı Albert Mkrtçyanı 1 dəqiqə 26 saniyəyə, almaniyalı Şamil Cavbatırovu 2 dəqiqə 10 saniyəyə, gürcüstalı Aleko Mamiaşvilini 2 dəqiqə 37 saniyəyə və italiyalı Leonardo Kasalyanı 1 dəqiqə 21 saniyəyə ipponla məğlub edib. Azərbaycanlı cüdoçu yalnız finalda kosovolu Akil Qyakovaya 2 dəqiqə 45 saniyəyə ipponla uduzub.
İlk yarış günündə Rəşad Yelkiyev (60 kq) bürünc medal qazanıb.
Son xəbərlər
17:08
Mərkəz direktoru: Müəllimlərin pedaqoji inkişaf prosesi arzuolunandan aşağıdır
Elm və təhsil17:06
"Brent" neftinin qiyməti 70 dolları ötüb
Energetika17:04
Çingiz Hüseynzadə: "Vladimir Litvintsev olimpiadada çox zəif çıxış etdi"
Fərdi16:59
Qərbi Azərbaycan İcması Avropa Parlamentinin bəyanatını pisləyib
Xarici siyasət16:56
Foto
Naxçıvanda mebel sexi yanıb
Hadisə16:52
Azərbaycan Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi qeyd ediləcək
Fərdi16:47
MOK-un vitse-prezidenti: "XXV Qış Olimpiya Oyunlarının təşkilatçılığı bir o qədər də yaxşı deyil"
Fərdi16:46
Xalq artisti: "Tağıyev" filmində məqsəd onun əməllərini göstərməkdir, şəxsi həyatına nə ehtiyac var?
İncəsənət16:44
Foto