Azərbaycan cüdoçuları "World Masters" turnirini 2 medalla başa vurub

Azərbaycan cüdoçuları "World Masters" turnirini 2 medalla başa vurub Yarışın son günü dünya və Avropa çempionu Elxan Məmmədov da bürünc medala sahib olub
Fərdi
17 Dekabr , 2017 20:12
Azərbaycan cüdoçuları World Masters turnirini 2 medalla başa vurub

Bakı. 17dekabr. REPORT.AZ/ Azərbaycan cüdo millisi Rusiyanın Sankt Peterburq şəhərindəki "World Masters" turnirini 2 medalla başa vurub.

"Report"un məlumatına görə, son yarış günündə dünya və Avropa çempionu Elxan Məmmədov da bürünc medala sahib olub.

35 yaşlı cüdoçu mübarizəyə 1/8 final mərhələsindən başlayıb. O, ilk görüşündə Joakim Dvarbini, növbəti qarşılaşmasında Jorje Fonsekanı üstələyib. Lakin yarımfinalda Məmmədov hollandiyalı Mixael Korrelə "qızıl xal"la uduzub. Bürünc medal uğrunda görüşdə isə rəqib "Bakı 2015" I Avropa Oyunlarının qalibi Kirill Denisov olub. Təcrübəli cüdoçu qalib gələrək, fəxri kürsüdə yer almağı bacarıb.

Qeyd edək ki, ilk yarış günündə Azərbaycanın daha bir təmsilçisi Hidayət Heydərov 73 kq çəki dərəcəsində bürünc medalla kifayətlənib. Digər cüdoçulardan Rüstəm Orucov (73 kq), Məmmədəli Mehdiyev (90 kq) və Elmar Qasımov 7-ci yeri tutub.

Son xəbərlər

Orphus sistemi