Azərbaycan cüdoçuları Tbilisi Qran-prisinin ikinci günündə mübarizəyə başlayır

Azərbaycan cüdoçuları Tbilisi Qran-prisinin ikinci günündə mübarizəyə başlayır Türnirdə 38 ölkədən 183-ü kişi, 119-u qadın olmaqla, cəmi 302 cüdoçu mübarizə aparır
Fərdi
31 Mart , 2018 10:35
Azərbaycan cüdoçuları Tbilisi Qran-prisinin ikinci günündə mübarizəyə başlayır

Bakı. 31 mart. REPORT.AZ/ Bu gün Gürcüstanın paytaxtı Tbilisi şəhərində cüdo üzrə Qran-prinin növbəti görüşləri keçiriləcək. 

"Report"un məlumatına görə, turnirin ikinci günündə Azərbaycanın üç idmançısı tatamiyə çıxacaq. 

73 kq çəki dərəsində Paşa Əliyev 1/16 final mərhələsində hollandiyalı Sam Van Vestende ilə görüşəcək. Eyni çəki dərəcəsində mübarizə aparan Telman Vəliyev isə 1/16 finalda Meloni Aqusto (İtaliya) - Rudolf Kurtides (Kipr) cütünün qalibi ilə üz-züə gələcək. 81 kq çəkidəki Coşqun Abdullayev isə 1/16 finalda gürcüstanlı Tamazi Kirakozaşvili ilə qarşılaşacaq. 

Qeyd edək ki, martın 31-də üç idmançımız mübarizə qoşulub. 60 kq çəki dərəcəsində Sadiq Məhərrəmov ilk mərhələdə rusiyalı Albert Monquşa uduzaraq mübarizəni dayandırıb. Bu çəkidəki digər cüdoçu - Oruc Vəlizadə bürünc medal uğrunda görüşdə gürcüstanlı Laşa Çaduneliyə məğlub olub. 66 kq çəki dərəcəsində Elçin Hüseynov ilk mərhələdən qalib ayrılsa da, növbəti mərhələdə özbəkistanlı Şaxram Əhmədovla dueldən məğlub ayrılıb. 

Xatırladaq ki, aprelin 1-də Sənan Əhmədov (100 kq) və Cəlil Şükürov (+100 kq) tatami üzərinə çıxacaq. Qran Pridə 38 ölkədən 183-ü kişi, 119-u qadın olmaqla, cəmi 302 cüdoçu mübarizə aparır.

Son xəbərlər

Orphus sistemi