Azərbaycan cüdoçuları hərbçilərin VII Dünya Oyunlarında ilk medallarını qazanıb

Azərbaycan cüdoçuları hərbçilərin VII Dünya Oyunlarında ilk medallarını qazanıb Çinin Uxan şəhərində keçirilən Hərbçilərin VII Dünya Oyunları yarışları davam edir.
Fərdi
20 Oktyabr , 2019 17:33
Azərbaycan cüdoçuları hərbçilərin VII Dünya Oyunlarında ilk medallarını qazanıb

Çinin Uxan şəhərində keçirilən Hərbçilərin VII Dünya Oyunları yarışları davam edir.

"Report" Müdafiə Nazirliynə istinadən xəbər verir ki, oktyabrın 20-də cüdo komandamızın üzvləri Hidayət Heydərov (81 kq çəki dərəcəsində) və Məmmədəli Mehdiyev (90 kq-dək) uğurla çıxış edərək yarışın bürünc medallarına layiq görülüblər.

Qeyd edək ki, komandamıza ilk bürünc medalı Hidayət Heydərov qazandırıb.

Digər təmsilçimiz Elmar Qasımov (100 kq-dək) ilk görüşündə Çili idmançısı Oskar Alarkona ipponla qalib gəlib. Lakin 1/4 final mərhələsində fransız Olivar Sedrikə məğlub olaraq, təsəlliverici görüşlərdə mübarizəni davam etdirəcək.

Boks yarışındakı təmsilçimiz Sərxan Əliyev (60-64 kq) ilk görüşündə Şri-Lanka idmançısı Racakaruna Bandaraya 5:0 hesabı ilə qalib gəlib. Sərxan Əliyev növbəti görüşünü oktyabrın 21-də braziliyalı Olivyera Vandersona qarşı keçirəcək.

Son xəbərlər

Orphus sistemi