Azərbaycan Çin Döyüş Növləri Assosiasiyasının yeni baş katibi müəyyənləşib.
"Report" xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Bu vəzifəyə Arzuman Rəsulzadə təyin olunub.
Qeyd edək ki, A.Rəsulzadə daha öncə vinq çun üzrə böyüklərdən ibarət yığmanın baş məşqçisi olub.