Azərbaycan çempionatının ilk qalibi bəlli oldu

Azərbaycan çempionatının ilk qalibi bəlli oldu Şüvəlan qəsəbəsində yerləşən Ağırlıqqaldırma Akademiyasının zalında kişi və qadınlar arasında Azərbaycan çempionatı start götürüb.
Fərdi
21 Fevral , 2020 14:30
Azərbaycan çempionatının ilk qalibi bəlli oldu

Şüvəlan qəsəbəsində yerləşən Ağırlıqqaldırma Akademiyasının zalında kişi və qadınlar arasında Azərbaycan çempionatı start götürüb.

"Report"un məlumatına görə, Azərbaycan Gənclər və İdman Nazirliyi və Azərbaycan Ağır Atletika Federasiyasının birgə təşkil etdiyi yarışda ölkənin bütün bölgələrindən 100-ə yaxın idmançı qüvvəsini sınayacaq.

İki gün davam edəcək çempionatın təşkilində məqsəd idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır.

Körpücük üzərinə ilk olaraq qadınlar çıxıb. Qaliblər mütləq çəkidə sinkleyr cədvəli üzrə müəyyən edilib. Toplam 142 kq (63+79) çəkinin öhdəsindən gələn Mərziyyə Məhərrəmova 219.7 xalla qızıl medala layiq görülüb. Toplam 161 kq (71+90) nəticə və 217.3 xalla Günel Vəliyeva ikinci, toplam 139 kq (62+77) nəticə və 199.1 xalla Gülçin Əlizadə üçüncü pillədə qərarlaşıblar.

Qadınlar

N Adı İl Ölkə/Şəhər Klub Çəki Birdən Təkanla Toplam Xal
1. Məhərrəmova Mərziyyə 1996 Goranboy Zirvə 49.50 63 79 142 219.7
2. Vəliyeva Günel 1997 Xırdalan MOİK 60.10 71 90 161 217.3
3. Əlizadə Gülçin 1997 Qazax Zirvə 55.00 62 77 139 199.1
4. Hüseynova Rahilə 2004 Lənkəran Zirvə 76.70 75 93 168 198.0
5. Opanasyuk Anna 2003 Lənkəran Zirvə 59.60 65 80 145 196.7
6. Qarayeva Selcan 2005 İsmayıllı Zirvə 47.00 50 65 115 189.4
7. Hüseynzadə Fidan 2001 Lənkəran Zirvə 71.00 69 80 149 182.5
8. Rzazadə Lalə 2001 Lənkəran Zirvə 54.00 53 63 116 168.3
9. Muxtarlı Günel 2003 Sumqayıt Təhsil 50.10 49 58 107 164.1
10. İsmayılova Nazilə 1998 Sumqayıt Zirvə 54.90 50 60 110 157.7
11. İbrahimli Dinara 2001 Gəncə Təhsil 85.80 62 75 137 153.8
12. Əhmədova Xanımana 2002 Sumqayıt Təhsil 64.70 48 65 113 145.8
13. Abbasova Elnarə 1997 Qazax Zirvə 68.00 73 - - -
14. İbrahimli Çinarə 2003 Gəncə Təhsil 69.00 55 - - -

Son xəbərlər

Orphus sistemi