Bakı. 19 dekabr. REPORT.AZ/ Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib.
"Report" xəbər verir ki, tədbirdə əvvəlcə gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov çıxış edərək ölkədə idmana göstərilən dövlət qayğısından danışıb.
O bildirib ki, güləşçilər həmişə beynəlxalq arenada yüksək nailiyyətləri ilə xalqı sevindirirlər: "İdmanın bu növü ölkəmizdə çox sevilir və populyardır. Ölkə çempionatında da rəqabət çox yüksəkdir" deyən İ.İsmaylov güləşçilərin 2020-ci il Tokio Yay Olimpiya Oyunlarında da yüksək nəticələr əldə edəcəklərinə inandığını vurğulayıb.
Azərbaycan Güləş Federasiyasının (AGF) prezidenti vəzifəsini icra edən Namiq Əliyev dövlət başçısı
Qeyd edək ki, açılış mərasimi başa çatdıqdan sonra bu il dünya çempionatlarında fəxri kürsüyə qalxan yeniyetmə və gənc güləşçilərin mükafatlandırma mərasimi keçirilib.