Azərbaycan boksçusu dünya çempionatına qələbə ilə başlayıb
Fərdi
- 20 mart, 2023
- 09:09
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın qadın boksçusu Məhsəti Həmzəyeva Hindistanın paytaxtı Yeni Dehlidə keçirilən dünya çempionatına qələbə ilə başlayıb.
"Report"un məlumatına görə, 57 kq çəki dərəcəsində çıxış edən milli üzvü 1/16 finalda yeni zelandiyalı Cennifer Peterslə qüvvəsini sınayıb.
Görüş 4:1 (30:27, 28:29, 30:27, 30:27, 29:28) hesabı ilə Həmzəyevanın xeyrinə bitib. O, 1/8 finalda qazaxıstanlı Karina İbrahimova ilə döyüşəcək. Qarşılaşma martın 21-nə təsadüf edəcək.
Qeyd edək ki, 2,4 milyon ABŞ dolları mükafat fondu olan mundialın final döyüşləri martın 25-də və 26-da keçiriləcək. 65 ölkədən 300-dən artıq boksçunun qatıldığı yarışın qalibi 100 min, finalçısı 50 min, bürünc medalçısı 25 min dollar qazanacaq.
Son xəbərlər
15:55
Ayan Qəmbərova: "Beynəlxalq əməkdaşlıq qiymətləndirmə sektorunun inkişafına yeni imkanlar açır"
İnfrastruktur15:50
Azərbaycanın U-17 millisi Avropa çempionatının seçmə mərhələsinə böyükhesablı məğlubiyyətlə başlayıb
Futbol15:45
Ukraynanın Milli Elmlər Akademiyasının binası reaktiv dronla vurulub
Digər ölkələr15:40
"Sumqayıt" heyətinə yeni basketbolçu cəlb edib
Komanda15:38
"Sizin Lombard"ın istiqrazları üzrə hərracın tarixi açıqlanıb
Maliyyə15:36
"Barselona" iki müdafiəçi ilə maraqlanır
Futbol15:19
Foto
Baş Prokurorluğun nümayəndələri BMT tədbirində iştirak ediblər
Hadisə15:19
44 günlük müharibə və antiterror əməliyyatı tarixi ədalətsizliyə son qoydu - RƏY
Daxili siyasət15:16
Foto