Azərbaycan boksçuları Qran-prini 1 qızıl və 1 bürünc medalla bitiriblər

Fərdi
  • 26 may, 2019
  • 10:36
Azərbaycan boksçuları Qran-prini 1 qızıl və 1 bürünc medalla bitiriblər

Çexiyada boks üzrə Usti-nad-Labem Qran-prisinə yekun vurulub.

"Report" xəbər verir ki, yarışa 4 idmançı ilə qatılan Azərbaycan millisi 1 qızıl və 1 bürünc medal qazanıb.

Vaqif Şirinovun yetirmələrindən Lorenzo Sotomayor (69 kq) çempion tituluna yiyələnib. Rio-2016-nın gümüş medalçısı finalda norveçli Hadi Srourla döyüşüb və rinqdən qələbə ilə ayrılıb.

Azərbaycan komandasının aktivinə digər medalı isə Alfonso Dominqes (81 kq) yazdırıb. O, 1/2 finalda kubalı Olimpiya çempionu, dünya çempionatının dördqat qalibi Xulio Sesar La Krusa məğlub olduğundan bürünc medalla kifayətlənməli olub.