Azərbaycan badmintonçusu beynəlxalq turnirdə gümüş medal qazanıb

Azərbaycan badmintonçusu beynəlxalq turnirdə gümüş medal qazanıb Bakı. 3 sentyabr. REPORT.AZ/ Azərbaycan badmintonçusu, Sabah İdman Klubunun üzvü Edi Reski Dviçayo Ukraynanın Xarkov şəhərindəki “RSL Kharkiv International” turnirində gümüş medal qazanıb.
Fərdi
3 Sentyabr , 2018 12:03
Azərbaycan badmintonçusu beynəlxalq turnirdə gümüş medal qazanıb

Bakı. 3 sentyabr. REPORT.AZ/ Azərbaycan badmintonçusu, "Sabah" İdman Klubunun üzvü Edi Reski Dviçayo Ukraynanın Xarkov şəhərindəki “RSL Kharkiv International” turnirində gümüş medal qazanıb.

Federasiyanın mətbuat xidmətindən “Report”a verilən məlumata görə, mübarizəyə əsas mərhələdən başlayan Dviçayo finala gedən yolda Polşa, Ukrayna, Bolqarıstan, Moldova və Danimarka təmsilçilərinə qalib gəlib. O, həlledici görüşdə çexiyalı Yan Loudaya 0:2 hesabı ilə uduzub. Turniri ikinci sırada başa vuran idmançı nüfuzlu yarışın gümüş medalını qazanıb. 

Bu, Azərbaycanın “International Challange” kateqoriyalı turnirlərdə ilk medalıdır. Mübarizəyə təsnifat mərhələsindən başlayan Ezmi Qoviumuramadhoni isə əsas mərhələyə yüksəlsə də, 1/8 finalda moldovalı Kristian Savinə uduzub.

Qeyd edək ki, yarışda 35 ölkədən 202 badmintonçu mübarizə aparıb. 

Son xəbərlər

Orphus sistemi