Azərbaycan badmintonçuları "Egypt International 2018"də 2 qızıl medal qazanıblar

Azərbaycan badmintonçuları "Egypt International 2018"də 2 qızıl medal qazanıblar Bakı. 29 oktyabr. REPORT.AZ/ Misirin paytaxtı Qahirədə keçirilmiş Egypt International 2018 turnirində Azərbaycan badminton yığması 2 qızıl medal qazanıb.
Fərdi
29 Oktyabr , 2018 09:31
Azərbaycan badmintonçuları Egypt International 2018də 2 qızıl medal qazanıblar

Bakı. 29 oktyabr. REPORT.AZ/ Misirin paytaxtı Qahirədə keçirilmiş "Egypt International 2018" turnirində Azərbaycan badminton yığması 2 qızıl medal qazanıb. 

"Report"un məlumatına görə, bunlar Edi Reski Dviçayo və Ezmi Qovimuramadhonidir. 

Mübarizəyə əsas mərhələdən start verən Dviçayo ilk görüşündə Yunanıstan təmsilçisi İlias Xansounu texniki qələbə ilə üstələyib. 1/8 finalda o, Macarıstan badmintonçusu Gerqo Pitelə 2:0 (21-6, 21-14), 1/4 finalda Mavriki təmsilçisi, yarışın bir nömrəli reytinq favoriti Julyen Pola 2:0 (21-14, 21-18), yarımfinalda çexiyalı Milan Ludikə 2:0 (21-16, 21-8) hesabı ilə qalib gələrək, finala adlayıb. Həlledici qarşılaşmada Azərbaycan badmintonçusu macarıstanlı Gergeli Krauza da set vermədən qalib gəlib - 2:0 (21-16, 21-16) Beləliklə, Dviçayo kişilərin şəxsi yarışında "Egypt International 2018" turnirinin qalibi olub. 

Edi Reski Dviçayo - Ezmi Qovimuramadhnoni cütü kişilərin qoşa yarışında da fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 1/4 finalda Pakistan (Anjum Bəşir / Şahmer İltikhar), ardınca Misir (Əhməd Salah / Əbdülrəhman Əbdülhakim) badmintonçularına 2:0 hesabı ilə qalib gələn duet həlledici qarşılaşmada misirli Əli Əhməd Əl Xateb və malaziyalı Yogendran Krişnan cütünə 2:1 (18-21, 21-15, 21-18) hesabı ilə qalib gələrək kişilərin qoşa yarışında qızıl medala sahib olub. 

Son xəbərlər

Orphus sistemi