Azərbaycan avarçəkəni dünya çempionatının gümüş medalını qazanıb

Azərbaycan avarçəkəni dünya çempionatının gümüş medalını qazanıb Azərbaycan avarçəkəni Diana Dımçenko İtaliyanın Barletta şəhərində keçirilən sahil avarçəkməsi üzrə dünya çempionatının gümüş medalını qazanıb.
Fərdi
9 Oktyabr , 2023 14:41
Azərbaycan avarçəkəni dünya çempionatının gümüş medalını qazanıb

Azərbaycan avarçəkəni Diana Dımçenko İtaliyanın Barletta şəhərində keçirilən sahil avarçəkməsi üzrə dünya çempionatının gümüş medalını qazanıb.

“Report” xəbər verir ki, o, yalnız irlandiyalı Monika Dukarskadan geri qalaraq, ikinci yeri tutub.

Dımçenko təsnifat mərhələsində finişə birinci çatıb. İdmançı 4000 metr məsafəni 20:11.72 dəqiqəyə qət edib. Final yürüşündə idmançılar 6000 metr məsafəyə yarışıblar. Diana bu məsafəni 32:20.94 dəqiqəyə başa vurub. O, fransalı Cessika Berranı (32.33.92) 13 saniyə fərqlə geridə qoyaraq, dünya çempionatını ikinci pillədə tamamlayıb. Çempion Monika Dukarska isə 32:09.17 nəticə göstərib.

Qeyd edək ki, Diana Dımçenko 2022-ci ildə Uelsdə təşkil olunan sahil avarçəkməsi üzrə dünya çempionatında da ikinci yeri tutub.

Son xəbərlər

Orphus sistemi