Azərbaycan avarçəkəni beynəlxalq turnirdə gümüş medal qazanıb
Fərdi
- 07 noyabr, 2022
- 08:23
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Akademik avarçəkmədə Azərbaycan yığmasının üzvü Diana Dimçenko İtaliyada təşkil olunan "Silver Skiff" beynəlxalq reqatasında gümüş medal qazanıb.
Avarçəkmə Federasiyasından "Report"a verilən məlumata görə, o, 11 km-lik məsafəni 44 dəqiqə 54 saniyəyə başa vurub.
Özündən əvvəlki rəqibindən cəmi 8 saniyə geri qalan Dimçenko finiş xəttinə ikinci çatıb. Yarışa 26 ölkədən müxtəlif yaş qruplarında ümumilikdə 623 avarçəkən qatılıb.
Qeyd edək ki, "Silver Skiff" ilk dəfə 1992-ci ildə Turin şəhərində keçirilib. Diana Dimçenko bu turnirə 2015-ci ildən qoşulur. O, ümumi hesabda bir dəfə, öz kateqoriyasında isə üç dəfə yarışların qalibi olub.
Son xəbərlər
19:57
Foto
Kiyevə hava hücumu zamanı azərbaycanlı ailənin mənzili dağılıb
Digər ölkələr
19:44
"İmişli"dən ayrılan Fərid Namazov: "Rəhbərliklə aramızda fikir ayrılığı yarandığı üçün sağollaşdıq"
Futbol
19:35
Çinin xarici işlər naziri: Azərbaycan Orta Dəhlizdə mühüm mövqeyə malikdir
Xarici siyasət
19:32
Anar Kərimov IMF və Dünya Bankı Qrupunun İllik Toplantılarında iştirak edir
Maliyyə
19:30
ABŞ Venesuela parlamentinin sədri Xorxe Rodriqesə qarşı sanksiyaları ləğv edib
Digər ölkələr
19:30
Foto
Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib
Xarici siyasət
19:25
İlham Əliyev "Bir kəmər, bir yol" layihəsinin önəmini qeyd edib
Xarici siyasət
19:10
Azərbaycanın yunan-Roma güləşçiləri dünya çempionatının yekun hazırlığına başlayıb
Komanda
19:09
Foto
İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub
Xarici siyasət