Azərbaycanın Gənclər və İdman naziri
"Report"un Fransa bürosu nazirliyin məlumatına istinadən xəbər verir ki, nazir sentyabrın 9-da Strasburqda
Konstruktiv ruhda baş tutan görüşdə Azərbaycan və Avropa Şurası arasında gənclər və idman sahəsində formalaşmış məhsuldar əməkdaşlıq münasibətlərinə nəzər salınıb və gündəlikdə duran ayrı-ayrı məsələ və layihələr ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda, qarşıdan gələn dövrdə Azərbaycanın Avropa Şurası çərçivəsində gənclər və idman istiqamətində planlaşdırılan fəaliyyətlərə yetirə biləcəyi mümkün töhfələr müzakirə olunub.
Bununla yanaşı, səfəri çərçivəsində nazir Azad Rəhimov Azərbaycan Respublikasının Avropa Şurası yanında Daimi Nümayəndəliyi tərəfindən təşkil edilən, Ümumdünya Antidopinq Agentliyinin İcraiyyə Komitəsinin Avropadan olan üzvü mövqeyinə Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) rəhbəri Şəfəq Hüseynlinin namizədliyinin təqdimatı mərasiminə də qatılıb. Əsasən üzv dövlətlər üçün keçirilən bu tədbirdə daimi nümayəndə Fəxrəddin İsmayılovun açılış qeydlərinin ardınca nazir Azad Rəhimov ölkəmizdə idmanın inkişafı sahəsində işlər haqqında məlumat verib və əldə olunmuş nailiyyətləri iştirakçıların diqqətinə çatdırıb. Nazir Respublikamızda antidopinq sahəsinə yetirilən diqqəti vurğulayıb, AMADA-nın dopinqlə mübarizə sahəsində qazandığı uğurlardan bəhs edib və üzv dövlətləri qarşıdan gələn günlərdə keçiriləcək seçkilərdə Azərbaycan namizədinə dəstək verməyə çağırıb. Öz çıxışında AMADA-nın rəhbəri Şəfəq Hüseynli Ümumdünya Antidopinq Agentliyinin İcraçı Komitəsinə namizəd kimi irəli sürdüyü platforma barədə maraqlı təqdimatla çıxış edib və qlobal səviyyədə dopinq ilə səmərəli mübarizə ilə bağlı düşüncələrini bölüşüb.