Bu gün Bakı-2019 XV Avropa Gənclər Yay Olimpiya Festivalının Əməliyyat Komitəsi yarışın yekunları ilə bağlı mətbuat konfransı keçirib.
"Report"un məlumatına görə, tədbirdə gənclər və idman naziri
Yarışlara qatılan idmançıların və qonaqların rəylərinə əsaslanan A.Rəhimov bildirib ki, festival uğurla həyata keçir və artıq 135 təltifetmə mərasimindən 115-i yekunlaşıb.
Nazir medal sıralamasında Rusiya komandasının lider olduğu vurğulamaqla yanaşı, Azərbaycan idmançılarının da festivalı 48 iştirakçı ölkə arasında ikinci pillədə başa vurmağa yaxın olduğunu söyləyib: “Xarici qonaqların rəylərinə əsasən deyə bilərəm ki, Azərbaycan festivalı yüksək səviyyədə keçirdi. Festival boyunca biz sadəcə yeniyetmələr deyil, əzmkarlığı, zəhmətləri ilə demək olar ki, olimpiya çempionlarından heç də geri qalmayan peşəkar idmançılar gördük. Ümid edirəm ki, bu festival onları gələcəkdə daha böyük nailiyyətlər üçün ruhlandıracaq, həvəsləndirəcək. İnanıram ki, bütün qonaqlar yarışlardan, ölkəmizdən xoş təəssüratlarla ayrılır. Mən onların hər birinə təhlükəsiz, sağ-salamat geri dönüş arzu edirəm. Çox istərdim ki, onlar gələcəkdə qonaq qismində də Bakıya qayıtsınlar”.
A.Rəhimov oyunlara tamaşaçı marağının gözlənildiyindən də çox olduğunu, həndbol, atletika, üzgüçülük yarışlarına gündəlik sessiyalarda nəzərdə tutulan bütün biletlərin satıldığını, güləş, cüdo və gimnastika yarışlarında isə hətta nəzərdə tutulandan əlavə yerlər açmalı olduqlarını deyib.
Media nümayəndələrinin rolunu da xüsusi vurğulayan A.Rəhimov idman obyektlərində hər gün orta hesabla 110-120 jurnalistin yarışları işıqlandırdığını məmnunluq hissi ilə bildirib. Nazirin sözlərinə görə, yarışla paralel olaraq “Olimpiya Mədəniyyəti və Təhsil Proqramı”, “Yeni Liderlərin İdman Liderliyi Proqramı” və “Dopinqdən istifadəyə qarşı monitorinq proqramı” layihələrinin həyata keçirilməsi də mühüm məqamlardandır.
Azərbaycan yığması hazırda 23 medalla 2-ci sırada qərarlaşıb. Nazir nəticədən razı qaldıqlarını bildirib: Belə yarışlarda diqqətimizi əvvəlki yarışlara yönəldirik. Son illər Avropa Gənclər Yay Festivalında az medal qazanırdıq və bu, bizi qane edə bilməzdi. Öz evimizdə bütün idman növlərində təmsil olunmaq imkanımız oldu. Bu da medal sayına təsir etdi. Ona görə də nəticədən razıyıq. Yarışda medal qazanan idmançılara diqqət daha da artırılacaq. Bilirsiniz ki, federasiyalar tək peşəkar idmançılara deyil, gənc və yeniyetmələrə də xüsusi diqqət yetirilir".
A.Rəhimov komanda idman növlərində nəticələrin zəif olmasına da toxunub: "Komanda idman növündə uğur qazana bilmədik. Yarışlarda hər növdə Avropanın 7 ən güclü yığması çıxış edirdi və biz 8-ci idik. Onlar arasında Avropa və dünya çempionları var. Basketbol yığmamızın Xorvatiyaya qalib gəlməsi bizi sevindirdi. Güləş, cüdo, üzgüçülük və gimnastika yarışlarında oldu. İş qrafiki bütün yarışlara getməyə imkan vermirdi".
N.Nayqard çıxışında Festivalı olduqca yüksək səviyyədə təşkil etdiyinə görə Azərbaycan tərəfinə təşəkkürlərini çatdırıb, Bakı turnirinin gənclərin idman yarışı tarixində özəl yer tutacağını bildirib: "Bütün Avropa Gənclər Festivalları həmişə uğurla keçib. Bakı ilə bağlı onu deyə bilərəm ki, Avropa Oyunlarından qalan binalar çox gözəldir. Həmçinin yarışlarda Könüllülərin olması çox yaxşı təcrübədir. Bakı bizim üçün də çox gözəl təcrübə oldu".
C.Visaçki də yüksək səviyyəli təşkilatçılığa görə təşəkkür edib: "Buradan xoş təəssüratlarla ayrılırıq. Burada olan mütəxəssislər Azərbaycanı idman tədbirlərinin ən yüksək pilləsinə qoydular. Gələcəkdə də Azərbaycanda böyük idman tədbirlərinin keçirilməsinə dəstək verəcəyik".
Qeyd edək ki, EYOF iyulun 21-27-də keçirilib.