Ayxan Xəkili Cenevrədə Avropa Atletikasının seminarında iştirak edib

Fərdi
  • 18 noyabr, 2026
  • 11:31
Ayxan Xəkili Cenevrədə Avropa Atletikasının seminarında iştirak edib

Azərbaycan Atletika Federasiyasının (AAF) beynəlxalq əlaqələr üzrə koordinatoru və təhlükəsiz idman üzrə mütəxəssisi Ayxan Xəkili noyabrın 17-də İsveçrənin Cenevrə şəhərində keçirilən "European Athletics Safeguarding Workshop" seminarında iştirak edib.

Bu barədə "Report"a federasiyanın mətbuat xidmətindən bildirilib.

"European Athletics" (Avropa Atletikası) tərəfindən təşkil olunan tədbirə "World Athletics" və "World Gymnastics" nümayəndələri də daxil olmaqla, beynəlxalq qurumların təmsilçiləri qatılıblar.

Görüşün əsas məqsədi idmanda təhlükəsiz mühitin yaradılması, idmançıların hüquqlarının qorunması və müvafiq prinsiplərin təşviqi istiqamətində təcrübə mübadiləsi aparmaq olub.