Avropa Oyunları: Azərbaycan taekvondoçuları iki medal qazanıblar - YENİLƏNİB

Avropa Oyunları: Azərbaycan taekvondoçuları iki medal qazanıblar - YENİLƏNİB Azərbaycan taekvondoçusu Qaşım Maqomedov Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal görüşünə çıxıb.
Fərdi
23 iyun 2023 18:32
Avropa Oyunları: Azərbaycan taekvondoçuları iki medal qazanıblar - YENİLƏNİB

Azərbaycan taekvondoçusu Səyyad Dadaşov Polşada keçirilən III Avropa Oyunlarında gümüş medal qazanıb.

"Report"un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, 54 kq-da çıxış edən idmançı finalda ispaniyalı Uqo Arilya Vaskeslə qarşılaşıb.

Rəqibinə 1:2 (0:3, 12:3, 7:9) hesabı ilə uduzan Dadaşov ikinci yeri tutub.

Bununla da Azərbaycan idmançılarının yarışda qazandıqları medalların sayı 5-ə çatıb. Daha əvvəl taekvondoçulardan Qaşım Maqomedov (58 kq) bürünc medal əldə edib.

Karateçilərdən isə Tural Ağalarzadə (67 kq) və İrina Zaretska Avropa Oyunlarının qalibi olub, Asiman Qurbanlı (+84 kq) isə bürünc medalla kifayətlənib.

21:56

Azərbaycan taekvondoçusu Qaşım Maqomedov Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal görüşünə çıxıb.

"Report"un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, 58 kq-da yer alan idmançı italiyalı Matias Lomartire ilə üz-üzə gəlib.

Rəqibini 2:0 (13:5, 22:4) hesabı ilə məğlub edən Maqomedov fəxri kürsünün 3-cü pilləsinə qalxıb.

46 kq-da çıxış edən Minayə Əkbərova isə üçüncü yer uğrunda görüşdə kiprli Kiriaki Kuttukiyə uduzaraq, yarışı medalsız başa vurub.

Qeyd edək ki, bu gün 54 kq-da mübarizə aparan Səyyad Dadaşov finalda ispaniyalı Uqo Arilya Vaskeslə üz-üzə gələcək.

Son xəbərlər

Orphus sistemi