Avropa çempionatının son günündə daha 5 cüdoçumuz tatami üzərində çıxacaq

Avropa çempionatının son günündə daha 5 cüdoçumuz tatami üzərində çıxacaq Bakı. 28 aprel. REPORT.AZ/ İsrailin Təl-Əviv şəhərində keçirilən Avropa çempionatının son günündə Azərbaycanın daha 5 cüdoçusu tatami üzərində çıxacaq.
Fərdi
28 Aprel , 2018 06:58
Avropa çempionatının son günündə daha 5 cüdoçumuz tatami üzərində çıxacaq

Bakı. 28 aprel. REPORT.AZ/ İsrailin Təl-Əviv şəhərində keçirilən Avropa çempionatının son günündə Azərbaycanın daha 5 cüdoçusu tatami üzərində çıxacaq.

"Report"un məlumatına görə, kişilərin yarışında milli komandanın bütün üzvləri mübarizəyə 1/16 final mərhələsindən başlayacaqlar.

90 kq çəkidəki Məmmədəli Mehdiyev Davis Duda (Latviya) - Noel van Tend (Hollandiya) cütünün qalibi ilə qarşılaşacaq.

100 kq çəkidəki dünya və Avropa çempionu Elxan Məmmədovla Zelim Kotsoyev müvafiq olaraq, slovakiyalı Matey Hayas və Milan Randlla görüşəcək.

100 kq-dan yuxarı çəkidəki Uşangi Kokauri Tamerlan Başayevlə üz-üzə gələcək.

Bu gün yeganə qadın təmsilçi İrina Kindzerska isə 1/8 finala təsadüf edən ilk görüşündə rusiyalı Kseniya Çibişovaya rəqib olacaq.

Qeyd edək ki, ilk iki yarış günündə Azərbaycan cüdoçularından yalnız Hidayət Heydərov medal qazana bilib. 73 kq çəki dərəcəsindəki tatami ustası gümüş medalla kifayətlənib.

Son xəbərlər

Orphus sistemi