Avropa çempionatının finalında Türkiyə və Gürcüstan boksçuları arasında kütləvi dava düşüb - VİDEO

Avropa çempionatının finalında Türkiyə və Gürcüstan boksçuları arasında kütləvi dava düşüb - VİDEO Buna Azərbaycan və Türkiyə boksçularına qarşı hakim haqsızlığı səbəb olub
Fərdi
2 Aprel , 2018 05:18
Avropa çempionatının finalında Türkiyə və Gürcüstan boksçuları arasında kütləvi dava düşüb - VİDEO

Tırqu-Jiu. 2 aprel. REPORT.AZ/ Rumıniyanın Tırqu-Jiu şəhərində 22 yaşadək boksçular arasında keçirilən Avropa çempionatının finalında Azərbaycan və Türkiyə təmsilçilərinə qarşı haqsızlıq edilib.

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, hər iki halda onlar yerli və gürcüstanlı rəqibləri qarşısında məğlubiyyətə uğradılıblar.

Qitə birinciliyinin finalında 56 kq. çəki dərəcəsində Azərbaycan millisinin üzvü Tayfur Əliyev meydan sahibi Robert Jitaru, 64 kq. çəki dərəcəsində Türkiyə boksçusu Tuğrulhan Erdemir gürcü Laşa Gurulidən üstün mübarizə aparmalarına, eləcə də raundlarda inamlı çıxış etmələrinə baxmayaraq, hakimlər hər iki idmançıya qarşı haqsızlıq edərək boksçuları qızıl medalın bir addımlığında büdrədiblər. Nəticədə sonuncu cütlüyün final döyüşündən sonra İdman Sarayında türk və gürcü boksçular arasında yaranan insident qısa zamanda davaya çevrilib. Təhlükəsizlik əməkdaşlarının köməkliyi nəticəsində yaranmış gərgin vəziyyət aradan qaldırılıb.

Son xəbərlər

Orphus sistemi