Avropa çempionatında uğurla çıxış edən gimnastlar Vətənə qayıdıblar

Fərdi
  • 05 noyabr, 2019
  • 00:17
Avropa çempionatında uğurla çıxış edən gimnastlar Vətənə qayıdıblar

İsrailin Holon şəhərində keçirilən akrobatika gimnastikası üzrə Avropa çempionatında uğurla çıxış edən Azərbaycan millisinin üzvləri Vətənə qayıdıblar.

"Report"un məlumatına görə, gimnastları Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Gimnastika Federasiyasının (AGF) nümayəndələri, yaxınları və jurnalistlər qarşılayıblar.

Gənclər yaş qrupunda mübarizə aparan Murad Rəfiyev Daniel Abbasovdan ibarət cütlük temp hərəkətlərində bütün rəqiblərini geridə qoyaraq Avropa çempionu adına layiq görülüb.

Azərbaycan gimnastları qitə birinciliyində tam bir medal dəstini əldə ediblər. Belə ki, onlar balans hərəkətlərində bürünc, çoxnövçülükdə isə gümüş medal qazanıblar.

Böyüklərin yarışında çıxış edən Abdulla Əl-MəşayxiRuhidil Qurbanlıdan ibarət qarışıq cütlük temp və balans hərəkətlərində bürünc medala yiyələnib.

Qeyd edək ki, yığma Avropa çempionatını 5 medalla başa vurub.

Son xəbərlər

Bütün Xəbər Lenti