Avropa çempionatı: Azərbaycanın şahmat yığmalarının bugünkü oyunlar üçün heyəti açıqlanıb

Avropa çempionatı: Azərbaycanın şahmat yığmalarının bugünkü oyunlar üçün heyəti açıqlanıb Sloveniyanın Çatej şəhərindəki şahmat üzrə Avropa çempinonatında iştirak edən kişi və qadınlardan ibarət Azərbaycan millilərinin bugünkü qarşılaşmalar üçün heyəti bəlli olub.
Fərdi
15 Noyabr , 2021 13:19
Avropa çempionatı: Azərbaycanın şahmat yığmalarının bugünkü oyunlar üçün heyəti açıqlanıb

Sloveniyanın Çatej şəhərindəki şahmat üzrə Avropa çempinonatında iştirak edən kişi və qadınlardan ibarət Azərbaycan millilərinin bugünkü qarşılaşmalar üçün heyəti bəlli olub.

"Report"un məlumatına görə, kişilərdən ibarət komanda Macarıstan yığması ilə, qadınlar isə Almaniya ilə üz-üzə gələcək.

Avropa çempionatı, IV tur

Kişilər

Macarıstan - Azərbaycan

Vikdor Erdos - Şəhryar Məmmədyarov

Ferenc Berkes - Teymur Rəcəbov

Tamas Banusz - Rauf Məmmədov

Benjamin Gledura - Qədir Hüseynov

Rəcəbov və Hüseynov ağ, Məmmədyarovla Məmmədov qara fiqurlarla oynayacaq.

Almaniya - Azərbaycan

Elizabet Pets - Günay Məmmədzadə

Josefin Haynemann - Gülnar Məmmədova

Mari Hanna Klek - Xanım Balacayeva

Melani Lubbe - Gövhər Beydullayeva

Məmmədova və Beydullayeva ağ, Məmmədzadə ilə Balacayeva qara fiqurlarla mübarizə aparacaq.

Qeyd edək ki, turun bütün oyunları Bakı vaxtı ilə saat 18:00-da başlanacaq. Hazırda hər iki komanda hərəyə 6 xalla ilk 2 pillədə yer alıb.

Son xəbərlər

Orphus sistemi