Azərbaycanın iki sərbəst güləşçisi Bolqarıstanın Plovdiv şəhərində U-23 Avropa çempionatında finala yüksəlib.
"Report"un məlumatına görə, 65 kq çəki dərəcəsində çıxış edən Zirəddin Bayramov yarımfinalda fransalı Marvan Ahmed Yezzaya qalib gəlib. O, həlledici raundda Ermənistan təmsilçisi Hraçya Marqaryanla üz-üzə gələcək.
97 kq-da yarışan İslam İlyasov yarımfinalda macarıstanlı Riçard Veqi məğlubiyyətə uğradıb. İlyasov qızıl medal uğrunda almaniyalı Yohannes Mayerlə münasibətlərə aydınlıq gətirəcək.
1/4 finalda uduzan Tofiq Əliyev (57 kq) rəqibi finala çıxdığı üçün bürünc medal uğrunda görüşdə Bolqarıstandan olan İvaylo Milenova rəqib olub.
Əşrəf Aşırov (79 kq) da rəqibi finala yüksəldiyindən medal şanslarını davam etdirir və sabah təsəlliverici qarşılaşmada almaniyalı Konstantin Schaible ilə görüşəcək.
Yığmanın digər üzvü Murad Yevloyev (70) isə yarışı medalsız başa vurub.
Azərbaycanın iki sərbəst güləşçisi Bolqarıstanın Plovdiv şəhərində U-23 Avropa çempionatında yarımfinala yüksəlib.
"Report"un məlumatına görə, 57 kq çəki dərəcəsində mübarizə aparan Tofiq Əliyev 1/4 finalda almaniyalı Horst Lerə uduzub.
65 kq-dakı Zirəddin Bayramov ardıcıl olaraq bolqar Stilyan İliyevi və türkiyəli Hamza Alacanı məğlub edib. O, finala gedən yolda fransalı Marvan Ahmed Yezza ilə görüşəcək.
70 kq-dakı Murad Yevloyev 1/8 finalda isveçrəli Tobias Portmanı sonuncu xal prinsipinə əsasən üstələsə də, bolqar İvan Stoyanovun müqavimətini qıra bilməyib. Əşrəf Aşırov (79 kq) ilk qarşılaşmasında gürcü Evsem Şvelidzeyə yenilib.
İslam İlyasov (97 kq) ilk görüşdə gürcü Riveri Mitsituriyə qalib gələrək yarımfinalda macar Riçard Veqə rəqib olub.