Azərbaycanın daha bir sərbəst güləşçisi Bakı İdman Sarayında keçirilən U-23 Avropa çempionatında finala yüksəlib.
"Report" xəbər verir ki, Cəbrayıl Qadjiyev (74 kq) bu raundadək irəliləyə bilib.
Nurəddin Novruzov (61 kq) və Arseni Djioyev (86 kq) yarımfinalda, Anar Cəfərli (92 kq) və Yusif Dursunov (125 kq) əvvəlki mərhələlərdə uduzublar.
Bundan əlavə, üç sərbəst güləşçi bu gün medallar uğrunda yarışacaq. Kənan Heybətov (70 kq) və Əli Tsokayev (79 kq) finalda, Rəvan Musayev (97 kq) bürünc medal uğrunda görüşdə qüvvəsini sınayacaq.
Qeyd edək ki, daha əvvəl 3 qızıl, 1 gümüş və 4 bürünc medal qazanan yunan-Roma güləşi üzrə Azərbaycan millisi U-23 Avropa çempionatının qalibi olub. Bir dəst (1 qızıl, 1 gümüş, 1 bürünc) medal əldə edən qadınlardan ibarət yığma isə 76 xal toplayaraq ilk dəfə komanda hesabında üçüncü yeri tutub.