Avropa çempionatı: Azərbaycan komandası İtaliyaya qalib gəlib

Avropa çempionatı: Azərbaycan komandası İtaliyaya qalib gəlib Sloveniyanın Çatej şəhərindəki şahmat üzrə Avropa çempinonatında VI turun görüşləri keçirilib.
Fərdi
18 Noyabr , 2021 23:32
Avropa çempionatı: Azərbaycan komandası İtaliyaya qalib gəlib

Azərbaycanın qadın şahmatçılardan ibarət komandası Sloveniyanın Çatej şəhərindəki çempinonatında növbəti görüşünü keçirib.

"Report"un məlumatına görə, VI turda İtaliya seçməsi ilə üz-üzə gələn kolektiv rəqibini 2,5:1,5 hesabı ilə məğlub edib. Yeganə qələbəni Ülviyyə Fətəliyeva qazanıb.

Komanda hazırda 9 xalla 3-4-cü yerlərdə gedir.

22:00

Sloveniyanın Çatej şəhərindəki şahmat üzrə Avropa çempinonatında VI turun görüşləri keçirilib.

"Report"un məlumatına görə, ilk 5 turu 3 qələbə və 2 heç-heçə ilə başa vuran kişilərdən ibarət Azərbaycan komandası Ermənistanla qarşılaşıb. Görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

6 turdan sonra 9 xalı olan yığma Ukrayna, İspaniya, Niderland və Ermənistanla birlikdə 2-6-cı yerləri bölüşdürür.

Avropa çempionatı, VI tur
18 noyabr

Kişilər

Azərbaycan - Ermənistan - 2:2
Şəhriyar Məmmədyarov - Qabriel Sarkisyan - 0,5:0,5
Teymur Rəcəbov - Hayk Martirosyan - 0,5:0,5
Rauf Məmmədov - Robert Ovanisyan - 0,5:0,5
Nicat Abbasov - Samvel Ter-Sahakyan - 0,5:0,5

Qadınlar

İtaliya - Azərbaycan - 1,5:2,5
Marina Brunello - Günay Məmmədzadə - 0,5:0,5
Olqa Zimina - Gülnar Məmmədova - - 0,5:0,5
Tea Queçi - Xanım Balacayeva - 0,5:0,5
Daniela Movilyanu - Ülviyyə Fətəliyeva - 0:1

Son xəbərlər

Orphus sistemi