Azərbaycan cüdoçusu ardıcıl ikinci dəfə Avropa çempionu olub - YENİLƏNİB

Azərbaycan cüdoçusu ardıcıl ikinci dəfə Avropa çempionu olub - YENİLƏNİB Azərbaycan cüdoçusu Hidayət Heydərov Fransanın Monpelye şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazandı
Fərdi
4 Noyabr , 2023 19:44
Azərbaycan cüdoçusu ardıcıl ikinci dəfə Avropa çempionu olub - YENİLƏNİB

Azərbaycan cüdoçusu Hidayət Heydərov Fransanın Monpelye şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

"Report"un məlumatına görə, 73 kq çəki dərəcəsində yer alan idmançı finalda İspaniya təmsilçisi Salvador Kases Roka ilə üz-üzə gəlib.

Rəqibinə qalib gələn Heydərov ardıcıl ikinci dəfə Avropa çempionu olub.

Qeyd edək ki, cüdoçu 2017 və 2022-ci illərdə də qitə çempionatında qızıl medal əldə edib.

18:37

Azərbaycan cüdoçusu Hidayət Heydərov Fransanın Monpelye şəhərində keçirilən Avropa çempionatında finala vəsiqə qazanıb.

"Report"un məlumatına görə, 73 kq çəki dərəcəsində yer alan idmançı yarımfinalda Moldovadan olan Petru Pelivana qalib gəlib.
Rəşid Məmmədəliyev (73 kq) və Zelim Tçkayev (81 kq) medal şanslarını itiriblər.

Qeyd edək ki, Avropa çempionatı noyabrın 5-də başa çatacaq. Yarışda 11 idmançı ilə təmsil olunan Azərbaycanın 5 cüdoçusu ötən gün medal qazana bilməyib.

Son xəbərlər

Orphus sistemi