Azərbaycanın iki yeniyetmə cüdoçusu Bolqarıstanda keçirilən Avropa çempionatında yarımfinala vəsiqə qazanıblar.
"Report"un Sofiyaya ezam olunan əməkdaşının məlumatına görə, Bahadır Feyzullayev və Məhəmmədəli Hüsiyev (hər ikisi 50 kq) bu raundda bir-birilərinə rəqib olublar.
1/4 finalda uduzan Nihad Rəhimov (60 kq), Leyla Ələkbərova (44 kq) və Diana Eldarova (48 kq) təsəlliverici görüşə çıxacaqlar. Eldarova bürünc medal uğrunda görüşə çıxmaq üçün iki qarşılaşmada qalib gəlməlidir.
Nihad Məmişov (55 kq), Xədicə Abdullayeva (40 kq), Nərmin Məmmədli (44 kq), Nuranə Hacızadə (48 kq) əvvəlki raundda uduzublar.
Qeyd edək ki, yarış iyunun 30-da başa çatacaq.