Keniyalı atlet marafon qaçışını iki saatdan az müddətə bitirən ilk idmançı olub - VİDEO
Keniyalı atlet marafon qaçışını iki saatdan az müddətə bitirən ilk idmançı olub - VİDEOKeniyalı Eliud Kipçoqe atletika tarixində ilk dəfə marafon qaçışını 2 saatdan az müddətə başa vuran idmançı kimi tarixə düşüb.
Keniyalı Eliud Kipçoqe atletika tarixində ilk dəfə marafon qaçışını 2 saatdan az müddətə başa vuran idmançı kimi tarixə düşüb.
"Report"un məlumatına görə, 35 yaşlı atlet Avstriyanın paytaxtı Vyanada iş adamı Cim Retkliffin maliyyələşdirdiyi yarışda bu nəticəni göstərib.
Kipçoqe 42 kilometr 195 metr məsafəni 1 saat 59 dəqiqə 40,2 saniyəyə qət edib. Yarış Beynəlxalq Atletika Federasiyaları Assosiasiyası (İAAF) tərəfindən keçirilmədiyi üçün rəsmi rekord kimi qeydə alınmayıb.
Qeyd edək ki, rəsmi dünya rekordu da məhz Eliud Kipçoqeyə aiddir. O, 2018-ci ildə Almaniyanın paytaxtı Berlində eyni məsafəni 2 saat 1 dəqiqə, 39 saniyəyə qət edib.
For me, this is the most impressive sporting achievement in history. Absolutely moved to tears to be able to witness this in my lifetime. A sub-2hour marathon. To get perspective, go and try to run at 21kph for 300meters.... Incredible @EliudKipchoge & everyone behind @INEOS159pic.twitter.com/fW9ZJVZNzg