ASAPES-də Novruz Festivalı keçirilib

ASAPES-də Novruz Festivalı keçirilib Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında “ASAPES-in Novruz Festivalı” adlı bayram tədbiri keçirilib.
Fərdi
19 Mart , 2022 09:33
ASAPES-də Novruz Festivalı keçirilib

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında “ASAPES-in Novruz Festivalı” adlı bayram tədbiri keçirilib.

"Report"un məlumatına görə, tədbir Akademiyanın təhsil sahəsində fərqlənən və semestri yüksək göstəricilərlə tamamlayan bir qrup tələbəsinin valideynlərinə ASAPES-in rektoru Fuad Hacıyevin təşəkkürnamələrinin təqdim edilməsi ilə başlayıb.

Dj-şou ilə davam edən tədbirdə paralel olaraq tələbələr üçün müxtəlif yarışma və oyunlar təşkil edilib, birgə bayram sovqatlarından dadılıb.

Tədbirin maraqlı anlarından biri isə akademiyanın Ulduz Səfirinin təqdimatı olub. Tanınmış ifaçı Rəvan Qaçayev konsert proqramı ilə çıxış edib.

Sonda əyləncəli oyunlar təşkil edilib və bayram tonqalı yandırılıb.

Son xəbərlər

Orphus sistemi