Arif Rəhimov: "Premium seqmentli yarış keçiririk”

Arif Rəhimov: "Premium seqmentli yarış keçiririk” "Azərbaycan Qran Prisi yalnız turizm və biznes üçün deyil, digər sahələrdə də əhəmiyyətlidir"
Fərdi
13 Fevral , 2018 12:32
Arif Rəhimov: Premium seqmentli yarış keçiririk”
"Formula 1" üzrə Azərbaycan Qran Prisinin promoteri Arif Rəhimov / Report/ Elchin Murad

Bakı. 13 fevral. REPORT.AZ/ “2017-ci ildə keçirilmiş “Formula 1” üzrə Azərbaycan Qran Prisi göstərdi ki, premium seqmentli yarış keçiririk”.

“Report”un məlumatına görə, bunu "Formula 1" üzrə Azərbaycan Qran Prisinin promoteri Arif Rəhimov Heydər Əliyev Mərkəzində "İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları" mövzusunda təşkil olunmuş konfransdakı çıxışında deyib. A.Rəhimov bildirib ki, bu yarış yalnız turizm və biznes üçün deyil, digər sahələrdə də əhəmiyyətlidir: “Yarışın iqtisadi təsirləri böyükdür. PwC şirkətinin hesablamalarına görə, 2016-cı ildə turizm sənayesi 22,7 milyon dollar qazanıb. 9200 otaq məşğul olub. “Formula 1”də ümumilikdə minə yaxın şirkət müxtəlif işlərə cəlb edilib və ümumi təsir 164,2 milyon dollar təşkil edib. Yarışın toplam dolayı təsiri 113 milyon dollara bərabərdir. Bu gəlirlərin 72 faizi turizm sahəsinə aid deyil”. 

A.Rəhimov bildirib ki, Azərbaycanda təşkil edilən irimiqyaslı yarışlar insan resursları baxımından da çox önəmlidir: “I Avropa Oyunlarında 500, IV İslam Həmrəyliyi Oyunlarında 50, 2017-ci il Azərbaycan Qran Prisində isə 3 əcnəbi mütəxəssis iş prosesinə cəlb edilib. Yəni, ildən-ilə əcnəbilərin sayı azalıb. “Formula 1”də 5 min könüllü olub, onlardan 2 mini marşal funksiyasını yerinə yetirib. Ümumilikdə 10 min insan çalışıb”.

A.Rəhimov, həmçinin bildirib ki, yarışın iki illik media dəyəri 112 milyon dollara bərabərdir.

Son xəbərlər

Orphus sistemi