Argentinada ralli yarışı zamanı qəza baş verib, 10 nəfər xəsarət alıb

Argentinada ralli yarışı zamanı qəza baş verib, 10 nəfər xəsarət alıb Xəsarət alanlar arasında hamilə qadın da var
Fərdi
3 Yanvar , 2016 15:36
Argentinada ralli yarışı zamanı qəza baş verib, 10 nəfər xəsarət alıb

Bakı. 3 yanvar. REPORT.AZ/ Argentina paytaxtı Buenos Ayresdə start götürən "Dakar-2016" rallisində bədbəxt hadisə baş verib. 

"Report" xarici KİV-lərə istinadən xəbər verir ki, yarışın əvvəlində çinli xanım yarışçı Qo Meylin idarəetməni itirib. 

Nəticədə onun avtomobili yoldan çıxaraq qoruyucu hasara çırpılıb. Qəza 10 nəfərin xəsarət almasına səbəb olub. 

"Sent Fransis" xəstəxanasının baş həkimi Daniel Modesto bildirib ki, dördü uşaq şöbəsinə gətirilməklə 10 nəfər hospitala qəbul edilib. Onun sözlərinə görə, xəsarət alanlar arasında hamilə qadın da var. Amma onun durumu qənaətbəxşdir. Ata və onun 14 yaşlı oğlunun durumu isə ağır dəyərləndirilir. 

Qeyd edək ki, onlar hadisə yerindən helikopterlə hospitala gətirilib. 

Son xəbərlər

Orphus sistemi