"Araz-Naxçıvan"ın baş məşqçisi: Bu gün daha sürətli oynadıq

"Araz-Naxçıvan"ın baş məşqçisi: Bu gün daha sürətli oynadıq Bu gün daha sürətli oynadıq.
Fərdi
22 Avqust , 2024 20:20
Araz-Naxçıvanın baş məşqçisi: Bu gün daha sürətli oynadıq

Bu gün daha sürətli oynadıq.

"Report" xəbər verir ki, bunu "Araz-Naxçıvan" futzal komandasının baş məşqçisi Vitali Borisov UEFA Çempionlar Liqasının ilkin mərhələsində “Sillamae Silla” (Estoniya ) komandası üzərində 7:0 hesablı qələbədən sonra deyib.

Mütəxəssis qalib gəldikləri üçün sevincli olduqlarını bildirib:

“Dünənki “Sparta Belfast” (Şimali İrlandiya) görüşü ilə müqayisədə bu gün daha yaxşı çıxış etdik. Oyunumuzda sürət artmışdı. Düzdür, yenə qol epizodlarından istədiyimiz qədər faydalana bilmədik. Rəqibin də 4-5 qol epizodu oldu, amma qapıçılarımız yaxşı oynamaqla qapımızı toxunulmaz saxlamağı bacardılar. Son addım qalıb. İnşallah, bu iki oyunda qaçırdığımız epizodları “Uddevalla” matçda realizə edərik”.

Qeyd edək ki, avqustun 24-də isə İsveçin “Uddevalla” klubu ilə qarşılaşacaq. Yalnız qrup liderləri əsas mərhələyə vəsiqə qazanacaq.

Son xəbərlər

Orphus sistemi