ARAF 2018-ci ilin cıdır mövsümünün başlayacağı tarixi açıqlayıb

Fərdi
  • 04 aprel, 2018
  • 13:38
ARAF 2018-ci ilin cıdır mövsümünün başlayacağı tarixi açıqlayıb

Bakı. 4 aprel. REPORT.AZ/ Azərbaycan Respublikası Atçılıq Federasiyası (ARAF) 2018-ci ilin cıdır mövsümünün başlayacağı tarixi açıqlayıb.

“Report” qurumun rəsmi saytına istinadən xəbər verir ki, aprelin 7-də start götürəcək mövsümə oktyabrda yekun vurulacaq. 

Ümumilikdə, 15 cıdır günü ərzində 3 müxtəlif kateqoriya - ingilis təmizqanlı, ərəb təmizqanlı, Qarabağ - Dilbaz təmizqanlı atlar arasında 61 qaçışın keçirilməsi nəzərdə tutulub.

Mövsüm ərzində yarışlarda hər 4 cins üzrə 100-dək atın iştirakı gözlənilir. Bütün qaçışlar Binə Atçılıq Mərkəzi ərazisində yerləşən hippodromda təşkil olunacaq.

Qeyd edək ki, açılış günündə 3 yaş və yuxarı ərəb atları 1000 metr, 3 yaşlı ingilis atları 1600 metr, 3 yaşlı Qarabağ və Dilbaz atları 1000 metr, 4 yaş və yuxarı Qarabağ və Dilbaz atları 1600 metr, 4 yaş və yuxarı ingilis atları isə 2000 metr məsafədə güclərini sınayacaqlar.

44 filmi